PEKİNDƏ AZƏRBAYCAN SİLAHLIQ QÜVVƏLƏRİNİN 90 İLLİYİ QEYD OLUNMUŞDUR
AzərTAc xəbər verir ki, iyunun 25-də Pekinin “Swissotel” mehmanxanasında Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi münasibəti ilə ölkəmizin Çin Xalq Respublikasındakı səfirliyi və hərbi attaşe tərəfindən ziyafət təşkil edilmişdir. Səfirlikdən bildirmişlər ki, tədbirdə Çin Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Çin-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, diplomatlar, bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri, jurnalistlər, azərbaycanlı tələbələr və iş adamları iştirak etmişlər. Səfir Yaşar Əliyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizin Silahlı Qüvvələrinə böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırmış, dövlət başçısının rəhbərliyi altında son illərdə respublikamızda hərbi quruculuq sahəsində bir çox nailiyyətlərin əldə olunduğunu vurğulamışdır. Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur. Böyük Britaniyanın Azərbaycan mənşəli vətəndaşı Qafar Purazərin rəhbərlik etdiyi Çinin Milli Oprerasının teatr truppası tamaşa nümayiş etdirmişdir.
waw pozdravlyayu!!! (s dolzhnostyu) ya otpad! novostey nikakih! uchus ustayu!!! tak soskuchilas po kitayu(((( kak tam kstati))) ty naverno ustaesh??? a kada v baku?